<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Rəbbin gənc övladları, dünyaya siz qalibsiz,
 Şərirə üstün gəlib müqəddəslik seçdiniz.

[C1]
   Dönməyin seçdiyiniz yoldan,bütün yollardan üstün yoldur,
   Dönməyin seçdiyiniz yoldan, Göylərə gedən yoldur.

[V2]
 Hərdən büdrəsəniz də, Rəbb sizi qaldıracaq,
 Tək getmək çətinsə də, Rəbb əlin uzadacaq.

[C2]
   Az qalıb, yolumuz bitəcək, evimizə gedəcəyik biz,
   Orada oxuyacağıq biz Rəbbə izzət nəğməsin.

[V3]
 Siz ey gənc məsihilər, Rəbb tarlasına gedin,
 Canlı şahidlər kimi xilas yolun göstərin.

[C3]
   Siz, ey Rəbbin gənc qulları, dünyaya sevinc səpələyin,
   Dilinizdə canlı kəlmələr, insanları səsləyin.</lyrics>
<title>Rəbbin gənc övladları, dünyaya siz qalibsiz İL507</title>
<hymn_number>507</hymn_number>
</song>